Daha 50 dərman vasitəsinin qiyməti təsdiqləndi

16:45 31.01.2021 Müəllif:Hafta.az
Yazını böyüt
Yazını kiçilt

Azərbaycanda qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədədə çatıb.

Hafta.az xəbər verir ki, bu barədə Tarif Şurasının katibi Ceyhun Nəcəfov APA-ya açıqlamasında bildirib. C.Nəcəfov deyib ki, yanvarın 31-də Tarif (qiymət) Şurasının növbəti iclasında Səhiyyə Nazirliyinin müraciəti əsasında dərman vasitələrinin ekspertiza taariflərinə də baxılıb.

O cümlədən 50 dərman vasitəsinin tarifi təsdiqlənib:

“Bununla da Tarif Şurası tərəfindən qiymətləri təsdiqlənən dərman vasitələrinin sayı 12 442 ədəd olub. Qərar fevralın 1-dən qüvvəyə minəcək”.